Əsas səhifəyə keçid Saytda baş verən ən son Yeniliklər burada! PHP ilə bağlı ən maraqlı məlumatlar burada! PHP ilə bağlı dərsliklər Yükləmələr bölməsində siz PHP ilə bağlı proqramlar və PHP skriptlər köçürə bilərsiniz. PHP ilə bağlı maraqlı saytlar Onlayn testdən keçin, müvafiq bal toplayın və pulsuz sertifikat qazanın! Webmasterlərin görüş yeri Web dizayn Forum Müəlliflə əlaqə yaratmaq üçün bu bölməyə keçə bilərsiniz
 

 

 

 

Yəqin ki, siz internetdə gəzişərkən saytlarda belə bir yazı görmüsünüz: "Sayta onlayn: 99 nəfər.", bu da onu göstərir ki, hal-hazırda sizdən başqa sayta 98 nəfər var. Bilirəm ki, siz də belə bir skript yazmaq istərdiniz. Bu məqalədə mən sizə bu tip skriptin hazırlanmasını aydınlaşdıracağam. İnternetdə bu tip skriptlər çoxdur. Bu halda əgər siz bu məqaləni seçmisiniz, onda gəlin başlayaq. Gəlin biz də belə bir skript yazaq. Amma əvvəlcə gəlin bu skriptin müsbət və mənfi cəhətlərindən danışaq:

Müsbət cəhətləri

Bu skriptə heç baza lazım deyil. Bu da skriptin müsbət cəhətlərindən biridir. Skriptin ən müsbət cəhəti də skriptin tez işləməsidir.

Mənfi cəhətləri

Skriptin mənfi cəhəti ondan ibarətdir ki, skriptdə ətraflı statistika yoxdur. Skript sadəcə saytda onlayn istifadəçilərin sayını göstərir. Əlbəttə, skriptdə geniş statistikadan istifadə etmək üçün gərək biz bazadan istifadə edək.

 

Skript belədir:

<?Php
session_start();
define("MAX_IDLE_TIME", 3);
function getOnlineUsers(){
if ( $directory_handle = opendir( session_save_path() ) ) {
$count = 0;
while ( false !== ( $file = readdir( $directory_handle ) ) ) {
if($file != '.' && $file != '..'){
if(time()- fileatime(session_save_path() . '\\' . $file) < MAX_IDLE_TIME * 60) {
$count++;
}
} }
closedir($directory_handle);
return $count;
} else {
return false;
}}
echo 'Saytda: ' . getOnlineUsers() . ' nəfər var. <br />';
?>

QEYD: Əgər sizdə sessiyaların saxlanması üçün xüusi qovluq yoxdursa, onda skriptin lap yuxarı hissəsinə aşağıdakı sətri daxil etməyiniz vacibdir:

session_save_path("/path/to/custom/directory");

Copyright (c) 2005 Ayxan Ağazadə
Hosted by uCoz